ABŞ-ın dövlət katibi Entoni Blinken Ukraynaya səfər edəcək.

Unikal.org xəbər verir ki, Blinken mayın 5-6-da Ukraynaya səfəri çərçivəsində Prezident Vladimir Zelenski, Baş naziri Denis Şmıqal və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.

Məlumata görə, görüşlərdə regional vəziyyət, ABŞ-Ukrayna münasibətləri, demokratiyanın inkişafı, insan haqları və digər məsələlər müzakirə ediləcək.

Bundan başqa, ABŞ dövlət katibinin Ukraynanın vətəndaş cəmiyyətinin üzvləri ilə görüşü də nəzərdə tutulur.