İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Unikal.org xəbər verir ki, rayonun Topçu kənd sakini, 1993-cü il təvəllüdlü Zərbəliyev Həzi Hamlet oğlu bu gün axşam saatlarında göldə çimərkən ehtiyatsızlıq edib və suda batıb. Hazırda onun meyitinin tapılması üçün iş aparılır.

Həzi Zərbəliyevin bir ay öncə ailə həyatı qurduğu bildirilir.(apa.az)