Neftçala Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

Unikal.org-un məlumatına görə, RİH-nin başçısı Mirhəsən Seyidovun əmri ilə, Məmmədov Şaiq Seyfəddin oğlu başçının birinci müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Neftçala RİH-nin başçısının sabiq birinci müavini Vurğun Əkbərov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdı.

Murad İbrahimli