Türkiyə futbolunda ağır itki baş verib.

Unikal.org-un məlumatına görə, Türkiyə Futbol Federasiyasının keçmiş arbitraj heyətinin sədri Türker Arslan vəfat edib.

Uzun illərdir “Qalatasaray”ın İdarə Heyətinin üzvü olan Arslan koronavirusa yoluxduğu üçün bir müddətdir müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Türker Arslan koronavirusa apreldə yoluxub.