Meksikanın paytaxtı Mexikoda metro körpüsünün çökməsi nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb.

Unikal.org xəbər verir ki, paytaxt meri Klaudiya Şeynbaum öz növbəsində metro körpüsünün qatarla birlikdə çökdüyünü söyləyib.

Hadisə Mexiko şəhərinin cənub-şərqində, “Olivos” və “Tesonko” stansiyaları arasındakı ərazidə baş verib.