ATMU-da Elmi Şuranın növbəti iclası keçirilib.

Unikal.org xəbər verir ki, elmi şuranın  İclasında Azərbaycan Turizm və Menecment Universitetində 2020/21-ci tədris ilində Dövlət imtahanının təşkili, Keyfiyyət təminatı və akkreditasiya şöbəsinin görülmüş işlər barədə hesabatı, Dillər kafedrasının müəllimi Samirə Əmirovanın dosent əvəzi vəzifəsinə təyin edilməsi,Azərbaycan Turizm və Menecment Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının fəlsəfə doktoru proqramı, Sosial dəyişiklik və inkişaf (ixtisas kodu: 6307.01) ixtisası üzrə doktornatı Aidə Münis qızı Bayramovanın ("Azərbaycan tələbə gənclərinin sosial fəallığı müasir cəmiyyətin formalaşmasının əsas amili kimi" adlı dissertasiya mövzusunun və elmi rəhbərinin (Elmi rəhbər: prof. Zaur Bağırov) təsdiqinin Əlaqələndirmə Şurasına tövsiyə edilməsi,həmçinin Akademik heyətin işə qəbuluna dair təlimat, işə qəbul müsabiqəsinin keçirilməsi haqqında Əsasnamənin təsdiqi məsələləri müzakirə edilib.

Dövlət imtahanına hazırlığın vəziyyəti qənaətbəxş qiymətləndirilmiş, Keyfiyyət təminatı və akkreditasiya şöbəsinin hesabatı qəbul olunmuşdur.Elmi şura üzvləri Samirə Əmirovanın adıkeçən kafedranın dosent əvəzi vəzifəsinə təyin olunması lehinə yekdilliklə səs vermişlər. ATMU-nun doktorantı Aidə Bayramovanın dissertasiya mövzusu Əlaqələndirmə Şurasına tövsiyə edilib.