Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

Unikal.org xəbər verir ki, cari ildə uşaqlara qoyulan adlar arasında ilk onluq müəyyənləşib.

Belə ki, ötən müddət ərzində oğlan uşaqları arasında ən çox qoyulan ad Əli olub. Bu il ərzində bu ad 427 uşağa verilib.

Bundan əlavə, doğumu qeydə alınmış körpələrdən oğlan cinsindən olanlardan 406 uşağa Yusif, 399 uşağa Uğur, 393 uşağa Hüseyn, 280 uşağa Məhəmməd, 262 uşağa Ömər, 247 uşağa Murad, 188 uşağa Raul, 184 uşağa Ayxan və 178 uşağa isə Tunar adı verilib.

Həmçinin car ildə qızlar arasında Zəhra adı birinciliyi qoruyub. Bu il ərzində bu ad 466 uşağa verilib.

Bundan əlavə, doğumu qeydə alınmış körpələrdən qız cinsi olanlardan 361 uşağa Zeynəb, 336 uşağa Aylin, 326 uşağa Məryəm, 325 uşağa Mələk, 308 uşağa Fatimə, 275 uşağa Nilay, 248 uşağa Nuray, 240 uşağa İnci və 211 uşağa isə Mədinə adı qoyulub.

Beləliklə, bu il ərzində uşaqlar arasında ən çox qoyulan ad Əli və Zəhra olub.