Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 11 717 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3685, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8032 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 516 923, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 975 208, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 541 715-ə çatıb.