Bakı şəhərinin Xətai rayonunda ikimərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 21 m² sahədə yanıb.

Yüksək temperaturdan 1 ədəd kondisioner və dəhlizin tavanı 6 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.