Sumqayıtda daha bir müəllim koronavirusun qurbanı olub.

Unikal.org xəbər verir ki, Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəllimi Yeganə Cəbrayılova 39 yaşında COVID-19-dan vəfat edib.

Qeyd edək ki, Y.Cəbrayılova orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edib.