“Üçtərəfli bəyanatların icrası istiqamətində müsbət işlər görülüb”.

Unikal.org-un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Litvanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan tərəfi bütün öhdəliklərini məsuliyyətlə yerinə yetirir və noyabrın sonunda hərbi əsirlərin mübadiləsi başa çatıb: “Ötən il noyabrın sonunda xüsusi əməliyyat nəticəsində Azərbaycan ərazisinə qeyri-qanuni keçən 62 nəfər tutulub. Onların əməlləri ilə bağlı araşdırmalar davam edir. Onların əməllərinə hüquqi qiymət veriləcək. Bütün bunlar litvalı nazirin diqqətinə çatdırılıb”.