Ötən il yaşlı qonşusuna şiddət  göstərdiyi  üçün polisə düşən Halil Sezai, məhkəmə  qərarına əsasən 43 gün azadlıqdan mərhum edilmişdi. 

Unikal.org xəbər verir ki, məşhur müğənni həbsdən çıxdıqdan sonra "YouTube" kanalına açıqlama verib.   

Belə ki, müğənni  həbsə düşməsini fürsət  kimi dəyərləndirib:

"Həbsxanada çətinlik çəkmədim. Bu mənim üçün əsl istirahət  idi. Vaxtımın çoxunu kitab oxumağa həsr edirdim. Mən pessimist bir insanam. Son vaxtlar zövq almağa çalışdığım bir şey yoxdur.  Həbsxana yeməkləri də çox dadlı olur". 

Qeyd edək ki,  türkiyəli  məşhur müğənni  Halil Sezai  "İsyan"  mahnısı və "İncir Reçeli" filmi ilə daha da məşhurlaşmışdı.