Braziliyada son sutka ərzində daha 69 389 nəfərin koronavirus infeksiyasına yoluxması, 3001 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 14 590 678 nəfər yoluxub. Bu müddət ərzində 401 186 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 13 152 118 xəstə müalicə olunaraq sağalıb.