Rusiyanın Xalq artisti Ninel Ternovskaya vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Akademik Gənclər Teatrı məlumat yayıb.

94 yaşında dünyasını dəyişən sənətçinin ölüm səbəbi isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, N.Ternovskaya "Qar kraliçası", "Qızıl Açar", "Ölü ruhlar", "Rədd edilmişlər", "Davamı olan yuxu", "Ramayana", "Dörd əkiz nağılı" kimi film və tamaşalarda rol alıb.