Əfqanıstanın Pervan vilayətində  polis avtomobilinə bombalı hücum edilib.  

Unikal.org xəbər verir ki, hadisə nəticəsində üç polis əməkdaşı həyatını  itirib.  Belə ki,  polis avtomobilinə yerləşdirilən bomba  vilayətin mərkəzində  partladılıb. 

Bu zaman avtomobildə olan 3 polis əməkdaşı həyatını itirib. Hadisənin baş vermə səbəbi  araşdırılır.