Nazirlər Kabineti ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edib.

Unikal.org xəbər verir ki, bununla bağlı müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında 4102 21 000 0 və 4105 10 000 0 kodları ilə göstərilmiş emal olunmamış gönlər (təbii xəzdən başqa) və aşılanmış dəri məhsullarının hər tonu üçün ixrac gömrük rüsumunun müvafiq olaraq 500 ABŞ dollarından 150 ABŞ dollarına və 150 ABŞ dollarından 50 ABŞ dollarına endirilməsini nəzərdə tutur.