Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Lənkəran şəhəri, Z. Əliyeva küçəsində yerləşən, fiziki şəxs Baxşiyev Məhərrəm Tahir oğluna məxsus “Aura” marketdə yoxlama keçirib.

AQTA-dan Unikal.org-a verilən məlumata görə, yoxlama zamanı marketdə son istifadə müddəti bitmiş alkoqolsuz içki, marmelad, duz, kərə yağı məhsulları aşkar edilib.

Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.