Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin İsparta şəhərində keçirilən komando kursunu uğurla bitiriblər.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Azərbaycan Ordusunun qəhrəman əsgərləri İspartada yerləşən Dağ Komando Məktəbi və Təhsil Mərkəzi Komandanlığı ilə Terrorla Mübarizə Təhsil və Təlim Mərkəzi Komandanlığındakı 6 həftəlik kursu uğurla başa vurub. Qardaşlarımız üçün kursun bağlanış mərasimi keçirilib”, - deyə qeyd olunub.