İranın İraqla sərhədində Kirmanşah vilayətində 4,8 bal gücündə zəlzələ baş verib.

Unikal.org-un məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Yeraltı təkanların dərinliyi 10 km olub.

Ehtimal olunan dağıntı və tələfat haqqında məlumat verilməyib.