Ermənistanda son sutka ərzində 181 nəfər koronavirusa yoluxub.

Unikal.org  xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 213 469 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 22 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4040-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1002 nəfərdir.

Aktiv xəstələrin sayı 13 527 nəfər təşkil edir.