Böyük Britaniyada son sutka ərzində 1712 nəfər koronavirus infeksiyasına yoluxub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Ölkə üzrə koronavirusa yoluxanların sayı 4 404 882 nəfərə çatıb.

Ötən 24 saatda daha 11 pasiyent dünyasını dəyişib. COVID-19 qurbanlarının ümumi sayı 127 428 nəfərdir.