Rusiyada son sutka ərzində koronavirusa 8780 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org yerli KİV-ə istinadən xəbər verir ki, bununla ölkə üzrə virusa yoluxanların sayı 4 762 569 nəfərə çatıb.

Rusiyada son sutkada həm də 332 pasiyent vəfat edib və pandemiya qurbanlarının ümumi sayı 108 232 nəfər olub.

İndiyə qədər 4 388 008 xəstə sağalıb.

Xatırladaq ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdədir.