Yaponiyanın iri şəhərlərindən olan Kaqosima yaxınlığında vulkan püskürməsi baş verib.

Unikal.org xəbər verir ki, bu barədə İA "Kiodo" agentliyi xəbər verib.

2018-ci ildən aktivləşən vulkan ilk dəfə püskürüb. Püskürmə axını 1,8 km olub. Təhlükəyə baxmayaraq, itki və dağıntılar barədə heç bir məlumat yoxdur.

Yaponiyanın Meteoroloji Bürosu hadisənin baş verdiyi bölgəyə yaxın olan Kaqosima və Tarumizu şəhərlərinin sakinlərini ehtiyatlı olmağa çağırıb.