Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 14 424 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 199, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 225 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 396 391, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 926 076, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 470 315 təşkil edir.