Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Zığ yolunda iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri - 1997-ci il təvəllüdlü Ağazadə Mətin Malik oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.