“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı, jurnalist Əli Zülüfqaroğlunun Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə jurnalistlərin Ağdama səfəri çərçivəsində hazırladığı yazı Misirin Alharir.info xəbər portalında yayımlanıb. 

Unikal.org xəbər verir ki, yazıda Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməmsi, bu səbəbdən də Azərbaycan, Ermənistan və Rusiya Prezidentləri tərəfindən 10 noyabr Bəyannaməsi imzalanandan indiyə qədər 100-ə yaxın Azərbaycan hərbçisinin minaya düşdüyü vurğulanır. Ermənistanın 10 noyabr Bəyannaməsinin şərtlərini pozması önə çəkilir. Həmçinin jurnalistlərin Ağdama səfər etdiyi gün də Ağdamda daha bir hərbçimizin minaya düşməsi qeyd olunur.

Eyni zamanda diqqətə çatdırılır ki, ermənilər azərbaycanlılara qarşı mümkün olan bütün pislikləri edib, bütün tikililər vəhşicəsinə dağıdılıb. Tarixi abidələr məhv edilib.
Tikililərlə yanaşı məzar daşları sındırılıb, bəzi məzarlıqlar artıq yoxdur: “Bundan başqa insanın anlamaqda çətinlik çəkdiyi daha bir məqam isə bir çox məzarların qazılaraq insan sümüklərinin harasa aparılmasıdır. Ağdam şəhərində salamat tikili qalmayıb. 

Bütün bu faktlar bizə yalnız bir istiqamət verir. Xarici mediada çalışan həmkarlarımızı daha dolğun və obyektib informasiya ilə təmin etmək. Dünya mətbuatı bu cür hadisələri daha çox işıqlandırarsa, belə insanlığa sığmayan fəlakətlər də baş verməz”.

Yazıda həmçinin bildirilir: Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilib.

İşğal altında olduğu dövrdə Ağdam şəhəri və 87 kənd analoqu olmayan bir vəhşiliklə üzləşib, yerlə yeksan edilib. 

İşğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 71 kitabxana, 4 kollec, dram teatrı, tarix muzeyi, 13 icma mərkəzi, 27 klub, 1 stadion, muzeylər, 109 mədəniyyət klubu olub. Bütün bunların hamısı, eyni zamanda Ağdamın işğal olunmuş ərazilərində tarixi abidələr, qəbiristanlıqlar, yaşayış obyektləri, xəstəxanalar, kitabxanalar, məktəblər, idarə və müəssisələr dağıdılıb. 

Ağdamın müdafiəsi üzrə döyüşlərdə 6 min nəfərdən çox azərbaycanlı şəhid olub, minlərlə insan fiziki şikəstlik qazanıb, rayonun 126 min nəfərdən çox əhalisi öz doğma ev-eşiyindən qovularaq məcburi köçkünə çevrilib. Ağdamdan olan məcburi köçkünlər Azərbaycanın 59 şəhər və rayonunun 875 yaşayış məntəqəsində məskunlaşıb. 
Həmçinin ağdamlı jurnalsitlərin doğulub böyüdükləri, boya-başa çatdıqları və xarabazara çevrilmiş evlərini, təhsil aldıqları məktəbləri, küçələri görən zaman yaşadıqları təəssürat təsvir edilir: “Ağdamlı hönkürtülərini duymaq çox ağır və undulmaz mənzərədir. Ermənilər bizim, vətənimizin bir parçasını, Ağdamımızı, amma onların həm də uşaqlıq xatirələrini yer üzündən siliblər.

Bu ağır mənzərə ilə bağlı yeganə təsəllimiz torpaqlarımızın işğaldan azad olunmasıdır. Təbii ki, biz qalib xalq və dövlət olaraq Ağdama və bütün işğaldan azad edilmiş torpaqlarımıza həyatı yenidən qaytaracağıq. Yenə də orada bu gün hönkürən həmkarlarımızın övladlarının, nəvələrinin uşaqlıq xairələri doğulacaq…”.

Yazıya bu linkdən daxil olmaq mümkündür:

https://alharir.info/%D8%A7%