Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərində "Yoxlamaların vahid məlumat reyestri"ndən alınmış çıxarış əsasında ümumilikdə qida təhlükəsizliyi tələbləri ilə bağlı 528 yoxlama keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Unikal.org-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində qanunvericiliyə uyğun olaraq müvafiq qaydada inzibati tənbehvermə, zərərsizləşdirmə, məhvetmə, utilizasiya və məhdudlaşdırıcı tədbirlərə dair qərarlar qəbul edilib. 

Qeyd olunan dövr ərzində qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə aparılan yoxlamalar və idxal-ixrac nəzarəti tədbirləri zamanı istehlak üçün yararsız ümumilikdə 775 229,206 kq, 83 838 litr və 6 398 ədəd məhsul məhv edilib, 219 459 kq məhsul zərərsizləşdirilib, 34 350 kq məhsul isə utilizasiya olunub.