Sabahdan etibarən 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. 

Bildirilib ki, “BakıKart”-ın balansını artıra bilməsi üçün sərnişinlər Xırdalan şəhərində, aşağıda qeyd olunan ünvanlardakı "OBA" marketlərdə POS terminallar yerləşdirilib.

Hacı Zeynalabdin Tağıyev küçəsi 107;

Mehdi Hüseynzadə küçəsi 619; 

Nəsibə Zeynalova küçəsi 1;

Nizami Gəncəvi küçəsi 12; 

Heydər Əliyev prospekti.