Dağlıq Qrabağdakı keçmiş separatçı rejimin rəhbəri Arayik Arutyunyan Rusiyaya gizli səfər edib.

Unikal.org xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Bildirilir ki, Arutyunyan təcili Moskvaya çağırılıb.

"Əldə etdiyimiz məlumata görə, dünən Arayik Arutyunyan təcili olaraq Moskvaya çağırılıb. Onun Rusiyaya “təlimat”landırılması üçün çağırıldığı ehtimal edilir”,- deyə məlumatda qeyd olunub.