Ermənistanın Armavir vilayətinin Eçmiadzin şəhərində yezidi kürdlər arasında baş verən atışma nəticəsində bir neçə nəfər yaralanıb.

Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, aprelin 22-də gecə saatlarında şəhərdə avtomatdan atəş açan şəxs bir nəfəri yaralayıb və onun qohumlarını hədələyib.

Hadisə yerinə asayiş keşikçiləri cəlb olunub. Araşdırmalarla məlum olub ki, tərəflər arasında dava olub. Nəticədə 60 yaşlı Tital Sloyan bıçaqlanıb və hospitala yerləşdirilib.

Onu qohumu, 41 yaşlı Əziz Sloyanın avtomat silah saxladığı məlum olub. Polis onu silahı təhvil verməyə çağırıb.

Ə.Sloyan çağrışa məhəl qoymayaraq atəş açıb. Sonra polis ona yaxınlaşa bilib. Ə.Sloyanın çənəsində odlu silahdan açılan atəşin yarası aşkarlanıb.

Hadisənin səbəbi araşdırılır.