53 heyət üzvü olan İndoneziya donanması KRI Nanggala-402 sualtı qayığı yoxa çıxıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sualtı qayığın məşq üçün Bali adasının şimal sahillərində olduğu qeyd olunub. Bildirilir ki, qayıqla bir müddət sonra əlaqə saxlamaq mümkün olmayıb. 

Bundan sonra səlahiyyətli şəxslər açıqlama verərək, Avstraliya və Sinqapurdan işlər üçün kömək istənildiyini bildiriblər. 

Qeyd edək ki, 1395 ton ağırlığında olan KRI Nanggala-402 sualtı qayığı 1978-ci ildə Almaniyada istehsal edilmiş və 2012-ci ildə iki illik təmirdən keçmişdi.