Rusiya Qarabağdakı silahlı münaqişənin dayandırılmasında əsas rolu oynayıb.

Unikal.org-un məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Federal Şuraya müraciəti zamanı deyib.

O bildirib ki, Rusiya regional münaqişələrin tənzimlənməsində kömək göstərməyə çalışır:

"Biz artıq Suriyada vəziyyətin sabitləşməsi, Liviyada dialoqun qurulması üçün çox iş görmüşük. Bildiyiniz kimi, Rusiya Qarabağdakı silahlı münaqişənin dayandırılmasında əsas rolu oynayıb".