Ermənistan baş naziri Nikol Paşinyan Sünik bölgəsinə (Zəngəzur-red.) gizli səfər edib.

Unikal.org xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. 

Bildirilir ki, Nikol Paşinyan gözlənilmədən Sünikə, oradan da Qafana gedib. Sünikdə bu ziyarət barədə heç kimə məlumat verilməyib. İnsanlar burada təşviş içindədirlər və fərqli fərziyyələr irəli sürürlər. Belə ki, Prezident Armen Sarkisyan da artıq bir neçə gündür Sünikdədir. Dünəndən bəri isə ABŞ səfiri Linn Treysi Sünikə gəlib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində "Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır” deyə bildirmişdi.