Yunan-Roma güləşi üzrə millimiz Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında çıxış edəcək.

Avropa Çempionatında olimpiya mükafatçısı, dünya çempionu Rəsul Çunayevin adı yoxdur. 

Unikal.org-un əldə etdiyi məlumata görə, Çunayevin zədələri tam bərpa olunmayıb. Bu səbəbdən də baş məşqçinin də məsləhəti ilə o bu çempionata gedə bilməyib. 

R.Çunayev lisenziya xaraketerli yarışlarda iştirak edəcək. 

Qeyd edək ki, Komandamız böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında qitə birinciliyinin son 3 günündə mübarizə aparacaq. Məsul yarışda ölkəmizi Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), Namaz Rüstəmov (67 kq), Xasay Həsənli (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə (82 kq) və Zamir Məhəmmədov (97 kq) təmsil edəcək. Güləşin bu növü üzrə püşkatma mərasimi aprelin 22-də keçiriləcək.