Dünən yolu keçməyən istəyən ana və iki azyaşlı övladını maşın vurub.

Unikal.org xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Ana və iki azyaşlı övladı yolu keçmək istəyərkən Tağıyev Taleh Əhliman oğlu idarə etdiyi "Ravon" markalı avtomobillə onları vurub.

Nəticədə ana və azyaşlı oğlu dünyasını dəyişib. Digər qız uşağı isə xəsarət alıb.

Dərhal xəstəxanaya çatdırılan uşağın vəziyyətinin ağır olduğu bildirilir.