Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi müəyyən edilib.

Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

2 noyabr tarixində Şuşa uğrunda gedən döyüşlərdə itkin düşən Kərimli Qalası Müslüm oğlunun şəhidlik zirvəsinə ucaldığı məlum olub.

Məlumat üçün bildirək ki, şəhidimiz 2000-ci ildə Hacıqabul rayonu Muğan qəsəbəsində doğulub.   Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Kərimli Qalası Müslüm oğlu "Cəsur döyüşçü” medalı ilə təltif edilib.