"Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundov Məmmədli İlahə Cəfər qızını məhkəməyə verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, iş adamı adıçəkilən xanımla aralarında imzalanmış müqavilənin etibarsız hesab edilməyini tələb edir. İş Nərimanov rayon Məhkəməsində icraata götürülüb.

Məhkəmə prosesi hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçiriləcək. Prosesin hazırlıq iclası aprelin 27-nə təyin edilib.

Seymur Əli