Perunun sabiq prezidenti Martin Viskarraya 10 il ərzində dövlət vəzifələrini tutmaq qadağan edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  buna səbəb Viskarranın koronavirus peyvəndini növbədənkənar şəkildə tətbiq etməsi olub.

Qeyd edək ki, sabiq prezident Peruda VIP-vaksinlərlə bağlı qalmaqalın iştirakçılarından biridir. Sözügedən qalmaqal Perunun bir çox nazir və dövlət məmurunun "Sinofarm" (Sinopharm) vaksinini ölkə ictimaiyyətinə təqdim edilməzdən öncə tətbiq etmələri ilə bağlıdır.