Xəbər verdiyimiz kimi, ötən gün Böyük Britaniya kraliçası II Yelizavetanın mərhum həyat yoldaşı şahzadə Filip dəfn edildi.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yas mərsimində Filipin həyat yoldaşı II Yelizaveta ilə yanaşı övladı və nəvələri də iştirak edib.

Dəfndə diqqət çəkən məqamlardan biri də bir müddət əvvəl arvadı Meqan Markl və oğlu Archie ilə sarayadan ayrılan şahzadə Harri idi. Mərasim zamanı onun küsülü olduğu deyilən qardaşı Uilyamla səmimi söhbətlər etməsi müzakirələr yaradıb.

Böyük Britaniya xalqı arasında iki qardaşın barışdığı haqda xəbərlər yayılıb.