Qahirənin şimalındakı Qalyubia əyalətində qatarın relsdən çıxması nəticəsində 100-dən çox insan yaralanıb.

Unikal.org xəbər verir ki, bu barədə region administrasiyası məlumat verib.

Bundan əvvəl qatar qəzasında 8 nəfərin öldüyü, 20-dən çox insanın yaralandığı bildirilmişdi.
 

***18:16

Misirdə sərnişin qatarı relsdən çıxaraq qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki, bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat yayıb.

Hadisə nəticəsində 8 nəfər həlak olub, 20-dən çox adam yaralanıb. Qəza yerinə təcili tibbi yardım və xilasedici briqadaları cəlb olunub.