Rusiyada son sutkada daha 9 321 nəfər COVID-19-a yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 693 469 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 398 nəfər artaraq 105 193-ə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxmuş 4 693 389 nəfər sağalıb.