Separatçı rejim qalıqlarının “başçı”sı Araik Arutyunyan cinayət işlərinin biri ilə bağlı dindirilməyə çağırılacaq.

Unikal.org “newsarmenia.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, onun barədə cinayət işi Ermənistan Cinayət Məcəlləsinin 312-maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə (konstitusiya quruluşunun devrilməsi) qaldırılıb.

A. Arutyunyanın nə zaman dindiriləcəyi barədə əlavə məlumat veriləcəyi qeyd olunub.