UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

Unikal.org-un məlumatına görə, bu ada Fransanın PSJ klubunun hücumçusu Neymar layiq görülüb.

29 yaşlı forvard evdə Almaniyanın "Bavariya" komandasına 0:1 hesabı ilə uduzduqları matçda qapıya 3 dəqiq zərbə endirib.

Qeyd edək ki, ilk görüşdə 3:2 hesablı qələbə qazanan PSJ yarımfinala yüksəlib. Paris klubu finala yolunda İngiltərənin "Mançester Siti" klubu ilə üz-üzə gələcək.