Kapital Bank-ın aktivləri 1 aprel 2021-ci il tarixinə 5,6milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,2milyard manat olub.

Unikal.org xəbər verir ki, bankda müştəri depozitlərinin həcmi 1 aprel 2021-ci il tarixinə 4milyard manat olub. 

Bankın 1 aprel 2021-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 705 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody's və Standard &Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqədaxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.