Ermənistanda hərbçilərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki,  yol qəzası Kotayk vilayətinin Aramus kəndinin ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil 6 hərbçini vurub. Qəza nəticəsində iki hərbçi hadisə yerində ölüb. Digər 4 nəfər yaralı isə xəstəxanaya yerləşdirilib.

Sürücünün avtomobili içkili halda idarə etdiyi məlum olub. Qəzanı törətməkdə şübhəli bilinən 34 yaşlı Karen Mikaelyan hadisə yerindən qaçmağa müvəffəq olsa da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Ermənistanın Müdafiə Nazirliyi Kotayk vilayətində baş vermiş yol qəzasında iki hərbi qulluqçunun ölməsi faktını təsdiqləyib. 

Faktla bağlı cinayət işi başlanıb.