Rusiyada son sutkada daha 8 944 nəfər COVID-19-a yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 675 153 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 398 nəfər artaraq 104 398-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 4 301 448 nəfər sağalıb.