Ağstafa rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Qədiməliyev Ariz Raquf oğlu RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri təyin edilib.

A.Qədiməliyev daha öncə də Ağstafa RİH-də komendant kimi çalışıb. Qeyd edək ki, o, ehtiyatda olan zabit və Vətən Müharibəsi iştirakçısıdır. 

Murad İbrahimli