Türkiyə Cümhuriyyətinin  Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanla birlikdə Ramazanın ilk ziyarətində bir vətəndaşın evində qaonaq olublar.

Unikal.org türk mətbuatına istinadən xəbər verir ki, R. T. Ərdoğan paytaxt Ankarada Ramazanın ikinci iftarını qonaq olduğu evdə açıb. Üç uşağı olan ailənin evinə iftar öncəsi gedən Ərdoğan və həyat yoldaşı ailə üzvləri ilə söhbət ediblər. İftar vaxtı yetişdiyində Türkiyə Prezidenti ailə ilə birgə yerdə bardaş quraraq iftarını açıb. Yeməkdən sonra çay içən Ərdoğan uşaqlara tablet hədiyyə edib.