Türkiyə Liviyaya COVID-19 infeksiyasına qarşı 150 min doza vaksin göndərib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, vaksin Ankaradan Türkiyə Silahlı Qüvvələrinə məxsus yük təyyarəsi ilə yola salınıb.

Qeyd edək ki, vaksinlərin göndərilməsi ilə bağlı razılıq Liviyanın Baş naziri Əbdülhəmid Dbeybəhin başçılıq etdiyi geniş tərkibdə nümayəndə heyətinin aprelin 12-də Türkiyəyə səfəri zamanı əldə olunub.