"İtaliya baş nazirinin verdiyi açıqlama tamamilə həddini aşmaq və tərbiyəsizlikdir".

Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Mario Draqiyə cavabında bildirib.

"Türkiyə-İtaliya münasibətlərinin müsbət istiqamətdə inkişaf edəcəyinə ümid bəslədiyimiz bir dönəmdə Draqi adlandırılan şəxs bu formada açıqlama verməklə, təəssüf ki, aramızdakı münasibətləri baltalayıb. Rəcəb Tayyib Ərdoğan haqqında bir dəfə belə ifadə işlətmək üçün hər şeydən əvvəl sənin tarixindən xəbərin olmalıdır. Amma gördük ki, xəbəri yoxdur. Biz millətimizin bizə verdiyi güclə xalqımıza xidmət etməyə davam edəcəyik. Ona görə də İtaliya baş nazirinin belə ifadələr işlədib-işlətməməsinə fikir verməyin. Biz öz işimizi görməliyik", - Ərdoğan deyib.

Qeyd edək ki, İtaliyanın Baş naziri M.Draqi Türkiyə Prezidenti R.T.Ərdoğanı diktator adlandırıb.